«Standard Insurance» və «AtaSığorta» şirkətlərinə yeni sədr təyin olunacaq

«Standard Insurance» və «AtaSığorta» şirkətlərinə yeni sədr təyin olunacaq
# 06 aprel 2011 15:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün keçirdiyi növbəti imtahanın nəticələrini açıqlayıb.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, test imtahanında iştirak etmiş 27 nəfər rəhbər vəzifəyə namizəd olan şəxslərdən qaydalara uyğun olaraq təqdim edilmiş 100 test sualının ən azı 70-nə düzgün cavab vermiş 18 iştirakçı, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən 22 nəfər fiziki şəxslərdən isə 10 nəfəri imtahandan müvəffəqiyyətlə keçib.

Sığortaçıların rəhbər vəzifələrinə namizədlər sırasında Qafar Məcidov («AtaSığorta» şirkəti İdarə Heyətinin sədri vəzifəsinə namizəd), Aydın Rəhmanov («Standard İnsurance» şirkəti İdarə Heyətinin sədri), Anar Talıbov («AzSığorta» şirkəti İdarə Heyətinin üzvü) və Qoşqar Şəkərəliyev (Beynəlxalq Sığorta Şirkəti İdarə Heyətinin üzvü) imtahanı uğurla veriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR