Azərbaycanda bankların likvidlik göstəricisi yüksəlir, gəlirliyi azalır

Azərbaycanda bankların likvidlik göstəricisi yüksəlir, gəlirliyi azalır
# 07 aprel 2011 13:24 (UTC +04:00)
«APA-Economics»in hesablamalarına görə, bu göstərici dünya praktikasında qəbul olunan normadan dəfələrlə çoxdur. Belə ki, dünyada 5-10%-lik nisbət norma səviyyəsi kimi qiymətləndirilir.

Qeyd edək ki, Azərbaycanda bankların ilkin ehtiyatlarının həcmi martın 1-nə 1,687 mlrd. manat, məcmu depozitlər isə 5,210 mlrd. manat təşkil edib.

«Ekonomist» jurnalının ekspertləri hesab edirlər ki, bu nisbi bank göstəricisinin Azərbaycanda normanı bu dərəcədə üstələməsi bir tərəfdən bankların cari likvidliyinin yüksək olmasından xəbər verir, digər tərəfdən isə bank sistemində müəyyən problemləri aşkar edir. Belə ki, ilkin ehtiyatların iri həcmdə banklarda yığılması kreditləşmədə və digər aktiv əməliyyatlarda mövcud çətinlikləri əks edir, nəticədə kreditləşməyə yönəldilə və gəlir gətirə biləcək vəsaitlərin bankların sərəncamında passiv ehtiyat kimi qalır. Bu isə öz növbəsində birbaşa olaraq bankların gəlirliyinə mənfi təsir edir. «Bank sistemində likvidlik və gəlirlik əksər hallarda əks mütənasib göstəricilərdir, bank birinə üstünlük verəndə, digər göstəricisi üzrə itkilərlə üzləşir. Azərbaycanda obyektiv səbəblərə görə daha çox likvidlik göstəricilərinə üstünlük verilir ki, nəticədə gəlirlik aşağı düşür», - deyə «Ekonomist»dən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR