Azərbaycan bank sistemi üzrə ödəniş qabiliyyəti yüksəlib

Azərbaycan bank sistemi üzrə ödəniş qabiliyyəti yüksəlib
# 07 aprel 2011 13:28 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının ən likvid aktivlərinin həcmi 2011-ci ilin martın 1-nə 1,687 mlrd. manat təşkil edib. «APA-Economics»in hesablamalarına görə, bu da həmin tarixə banklarda yerləşdirilmiş tələb olunanadək depozitlərin həcminə (2,040 mlrd. manat) nisbətən 83%-ə bərabərdir.

Bankların ən likvid aktivlərinin strukturuna nağd vəsaitlər və müxbir hesablarda yerləşdirilmiş vəsaitlər daxildir və bu vəsaitlər 100%-lik likvidliyə malikdir. Beləliklə, istənilən anda banklar yalnız sərəncamlarında olan vəsaitlər hesabına tələb olunanadək depozitlərin 83%-ni tam qaytarmaq imkanına malikdir.

Qeyd edək ki, bankların likvidliyinin müəyyən edilməsi üçün bu hesablama üsulu likvidliyi təmin edilə biləcək bir sıra amil, aktivlərin komponentləri və addımları nəzərə almır. Belə ki, bu siyahıya bankların banklararası kredit bazarında qısamüddətli kreditlər cəlb etmək imkanı, aktivlərin tərkibindəki dövlət istiqrazları, geri qaytarılması nəzərdə tutulan korporativ istiqrazlar, qızıl külçələri və s. tez satıla biləcək digər likvid komponentlər kimi amillər hesablamalardan kənarda qalır. Həmin amillər nəzərə alınarsa, Azərbaycan banklarının ödəmə qabiliyyəti 100%-dən də yüksək qiymətləndirilə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR