Azərbaycanda I rübdə əsas kapitala yönəldilmiş xarici sərmayə 10% artıb

Azərbaycanda I rübdə əsas kapitala yönəldilmiş xarici sərmayə 10% artıb
# 18 aprel 2011 08:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 473,4 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmi 10,3% çox olub.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən cari ilin birinci rübündə əsas kapitala yönəldilmiş xarici vəsaitin 416,8 mln. manatı (88%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreya investorlarına məxsus olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR