İTM: Azərbaycanda illik inflyasiya 15%-ə çatıb

İTM: Azərbaycanda illik inflyasiya 15%-ə çatıb
# 18 aprel 2011 12:24 (UTC +04:00)
İTM-dən «APA-Economics»ə verilən məlumata görə, statistik müşahidələr nəticəsində ay ərzində Azərbaycanda istehlak qiymətləri 1,46%, o cümlədən Bakıda 1,56%, regionlarda isə 1,35% artıb. İllik müqayisədə isə inflyasiya 14,90% təşkil edib.

Mart ayı ərzində ən çox bahalaşma ərzaq məhsulları üzrə doğranmış çəkidə sümüklü mal əti (11,17%), buğda unu (8,83%), alma (8,68%), kərə yağı (5,56%), ağ kələm (3,92%), ən çox ucuzlaşma toyuq yumurtası (54%), göyərti (18,07%), banan (9,21%), təmizlənmiş düyü (5,99%) qeydə alınıb.

Eyni zamanda İTM Nazirlər Kabinetinin müvafiq normativləri əsasında mart ayı üzrə istehlak səbətinin dəyərini hesablayıb. Hesablamalara əsasən, martda Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 165,33 manat, pensiyaçılar üçün 149,04 manat, 0-14 yaşlı uşaqlar üçün isə 202,91 manat təşkil edib. Mart ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 106,04 manat, pensiyaçılar 94,88 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 119,63 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 33,97 manat, pensiyaçılar üçün 31,72 manat, 0-14 yaşlı uşaqlar üçün 65,72 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,32 manat, 22,44 manat və 17,56 manat təşkil edib.

Xatırladaq ki, «Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında» qanuna əsasən, ölkədə 2011-ci il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR