Azərbaycanda gömrük işçilərinin maaşları artırılır

Azərbaycanda gömrük işçilərinin maaşları artırılır
# 20 aprel 2011 15:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Azərbaycan Nazirlər Kabineti “Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları”na dəyişiklik edib.

APA-ECONOMICS”in məlumatına görə, bu qaydalar hökumətin 1997-ci il 25 dekabr tarixli 140 nömrəli qərarı ilə təsdiqlənmişdi. Yeni qərarla qaydalara edilən əlavələrə əsasən İnkişaf Fonduna daxil olan vəsaitlərin 25%-i Azərbaycan Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə xərclənəcək.

Qeyd edək ki, bu sənədə dəyişikliklərin edilməsi barədə hökumətə tapşırıq dövlət başçısı tərəfindən verilmişdi. Prezident İlham Əliyevin «Azərbaycan Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında» 2011-ci il 25 fevral tarixli 388 nömrəli fərmanında Qaydalara dəyişiklik edilməsi tapşırılmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR