«Unibank»ın mənfəəti I rübdə 2,2 dəfə artıb

«Unibank»ın mənfəəti I rübdə 2,2 dəfə artıb
# 21 aprel 2011 07:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin 2011-ci ilin yanvar-mart aylarında əldə etdiyi mənfəətin həcmi 1,188 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,2 dəfə çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 13,5% artaraq 12,313 mln. manat, o cümlədən faiz gəlirləri 7,4% artaraq 10,542 mln. manat, qeyri-faiz gəlirləri isə 72% artaraq 1,771 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın xərcləri 8% artaraq 11,125 mln. manat, o cümlədən faiz xərcləri 3,3% artaraq 5,746 mln. manat, qeyri-faiz xərcləri isə 13,6% artaraq 5,383 mln. manat təşkil edib.

Son bir ildə bankın faiz mənfəəti 12,9% artaraq 4,796 mln. manat, qeyri-faiz zərəri isə 2,6% azalaraq 3,612 mln. manat olub.

Xatırladaq ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 24 filialı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR