Azərbaycanda icbari sığortalar üzrə ödənişlərin məbləği artırılacaq

Azərbaycanda icbari sığortalar üzrə ödənişlərin məbləği artırılacaq
# 21 aprel 2011 12:53 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, qanun layihəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə bir fiziki şəxsin sağlamlığına görə sığorta məbləği 5 dəfə artıralaraq 5 min manata çatdırılacaq. Üçüncü şəxsin əmlakına dəyən zərər üzrə sığorta məbləğinin də 5 dəfə artırılması - 5 min manat məbləğində müəyyənləşdirilməsi nəzərdə tutulub.

Sənədə əsasən, ümumilikdə hadisə nəticəsində fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə ödəniləcək məbləğ isə indikinə nisbətən 10 dəfə artırılaraq 50 min manata çatdırılması təklif olunur.

Xatırladaq ki, «İcbari sığortalar haqqında» qanun layihəsi parlamentdə I oxunuşdan keçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR