Melli İran Bankı Bakı filialının aktivləri son bir ildə 52% artıb

Melli İran Bankı Bakı filialının aktivləri son bir ildə 52% artıb
# 22 aprel 2011 09:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Melli İran Bankı Bakı filialının aktivləri 2011-ci ilin aprelin 1-nə 56,570 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan analoji göstəricidən 51,67% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 17,05% artaraq 4,181 mln. manat, o cümlədən müddətli depozitlər 2,452 mln. manat, tələb olunanadək depozitlər 1,729 mln. manat, əhalinin əmanətləri isə 1,375 mln. manat təşkil edib.

Həmçinin, bankın kredit portfeli 1,44% azalaraq 9,320 mln. manat, istehlak kreditləri 17,05% azalaraq 3,757 mln. manat, 12 ayadək verilən kreditlər 257,450 min manat, 12 aydan artıq müddətə verilən kreditlər 6,190 mln. manat, vaxtı keçmiş kreditlər isə 2,872 mln. manat olub.

Bu müddət ərzində bankın məcmu kapitalı 10,95% artaraq 13,498 mln. manat, o cümlədən nizamnamə kapitalı 4,38% artaraq 14,631 mln. manat təşkil edib.

Xatırladaq ki, Melli İran Bankının Bakı filialı 1994-cü ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın 6 bankomatı, 1 POS-terminalı və 29 işçisi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR