Arçil Kekeliya: «Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi yaxın 5 ildə də artacaq»

Arçil Kekeliya: «Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi yaxın 5 ildə də artacaq»
# 26 aprel 2011 09:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsində müsbət dinamika növbəti 5 ildə də davam edəcək. Bu barədə «APA-Economics»ə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Arçil Kekeliya məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyədən sonra Gürcüstanın əsas ticarət tərəfdaşıdır: «İki ölkə arasında ticarət dövriyyəsinin həcmi təxminən 500 mln. ABŞ dolları təşkil edir ki, qarşılıqlı ticarət əməkdaşlığında müsbət dinamika müşahidə olunur. Ümumiyyətlə, Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi hər il artır və ümid edirəm ki, müsbət dinamikanı bu il və növbəti 5 ildə də görəcəyik».

Nazir müavini onu da qeyd edib ki, 2011-ci ilin I rübündə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi, o cümlədən ixrac və idxal kifayət qədər artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR