«Turanbank»ın kredit portfeli I rübdə 36% artıb

«Turanbank»ın kredit portfeli I rübdə 36% artıb
# 26 aprel 2011 14:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 136,760 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 14,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 6,6% azalaraq 45,185 mln. manat, kredit portfeli 36,2% artaraq 112,507 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 19,8% artaraq 23,726 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,9% artaraq 22 mln. manat olub.

Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 2,5 dəfə artaraq 20 877-yə, aktiv plastik kartların sayı 2,7 dəfə artaraq 8 097-yə, işçilərin sayı isə 17,7% artaraq 239 nəfərə çatıb.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı, 16 bankomatı, 74 POS-terminalı və 239 işçisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR