«AtaBank»ın mənfəəti son bir ildə kəskin artıb

«AtaBank»ın mənfəəti son bir ildə kəskin artıb
# 29 aprel 2011 12:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 202,862 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 0,9% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 7,4% artaraq 131,596 mln. manata, o cümlədən istehlak kreditləri 28% artaraq 37,173 mln. manata, depozit portfeli 17% artaraq 16,305 mln. manata, o cümlədən əhalinin əmanətləri 6,6% azalaraq 77,459 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 28% artaraq 27,002 mln. manat, o cümlədən nizamnamə kapitalı 67% artaraq 25 mln. manat olub.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 1,6% azalaraq 5,334 mln. manat, xərcləri isə 7,5% azalaraq 4,979 mln. manat təşkil edib. Nəticədə, bankın mənfəəti 9,3 dəfə artaraq 355 min manata çatıb.

Xatırladaq ki, «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın 23 filialı, 59 bankomatı, 308 POS-terminalı və 276 işçisi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR