«Zamin Bank»ın mənfəəti son bir ildə 13% artırıb

«Zamin Bank»ın mənfəəti son bir ildə 13% artırıb
# 03 may 2011 08:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» ASC-nin bu ilin yanvar-mart aylarında əldə etdiyi mənfəətin həcmi 1,340 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 13,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 88,7% artaraq 8,367 mln. manata, o cümlədən faiz gəlirləri 5,875 mln. manata, qeyri-faiz gəlirləri isə 2,492 mln. manata çatıb.

Bu müddət ərzində bankın ümumi xərcləri 2,2 dəfə artaraq 7,027 mln. manat, o cümlədən faiz xərcləri 2 ,174 mln. manat, qeyri-faiz xərcləri isə 4,853 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 3,701 mln. manat, qeyri-faiz zərəri isə 2,361 mln. manat olub.

Xatırladaq ki, «Zamin Bank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Bankın ölkə üzrə 35 filialı, həmçinin, 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 37 bankomatı, 1 891 POS-terminalı və 595 işçisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR