Portuqaliya Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondundan 78 mlrd. avro kredit alacaq

Portuqaliya Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondundan 78 mlrd. avro kredit alacaq
# 04 may 2011 07:44 (UTC +04:00)
Bakı - APA-Economics. Portuqaliya hökuməti ilə Avropa İttifaqı (Aİ) və Beynəlxalq Valyuta Fondu (BVF) arasında maliyyə yardımının göstərilməsinin şərtləri haqqında razılaşma əldə olunub.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bununla əlaqədar Portuqaliya Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və BVF ilə qarşılıqlı anlaşma memorandumu imzalayıb.

Portuqaliyanın baş naziri Joze Sokrateş yerli televiziyanın efirində bildirib ki, Aİ və BVF ilə razılaşmanın şərtləri büdcə kəsirinin azaldılması üçün Portuqaliyaya gözləniləndən daha çox vaxt verir. O, maliyyə yardımının həcmi barədə açıqlama verməsə də, danışıqlarda iştirak edən şəxslərdən biri 3 illik kreditin həcminin 78 mlrd. avro olduğunu bildirib.

Qeyd edək ki, 2010-cu ilin əvvəlində Yunanıstandan başlayan borc böhranı sonradan avrozonaya daxil olan İrlandiya, Portuqaliya və İspaniyanı da əhatə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR