Dövlət Sosial Müdafiə Fondu tender elan edib

Dövlət Sosial Müdafiə Fondu tender elan edib
# 07 may 2011 08:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamentində qeydiyyatda olan pensiyaçıların aylıq müavinətinin 3 illik plastik kartlarla bankomatlar vasitəsi ilə ödənilməsi sisteminin təşkili işinin satın alınması ilə əlaqədar açıq tender elan edilib. «APA-Economics»in məlumatına görə, iddiaçılar tenderdə iştirak etmək üçün tender sənədlərini mayın 31-i saat 17:00-dək təqdim etməlidir.

Təqdim ediləcək sənədlərin sırasında adi qaydada tələb olunan sənədlərlə yanaşı son 3 il üçün beynəlxalq maliyyə standartları üzrə audit olunmuş maliyyə hesabatları, iddiaçının son bir ildəki maliyyə vəziyyəti və ixtisas uyğunluğu göstəriciləri barədə, o cümlədən satınalmanın predmeti üzrə fəaliyyətindəki potensial, texniki və kadr imkanları haqqında rəsmi məlumat, plastik kartların xidmət olunacağı prosesinq mərkəzinə Azərbaycan Mərkəzi Bankı tərəfindən verilmiş lisenziyanın surəti, iddiaçının bank fəaliyyəti üçün lisenziyanın surəti də olmalıdır.

Tender təklifləri 2011-ci ilin iyunun 8-i saat 17:00-dək təqdim edilməlidir. Tender zərflərinin açılması isə iyunun 9-da DSMF-nin Aparatında baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR