«YapıKredi Bank Azərbaycan»ın problemli kreditləri kəskin artıb

«YapıKredi Bank Azərbaycan»ın problemli kreditləri kəskin artıb
# 10 may 2011 13:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azərbaycan»ın kredit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 79,793 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 61,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın 12 ay müddətinə verdiyi kreditlərin həcmi 43,5% artaraq 18,908 mln. manata, 12 aydan artıq müddətə verilən kreditlər 66,4% artaraq 59,428 mln. manata, istehlak kreditləri isə 78,2% artaraq 6,318 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın ipoteka kreditləri (bankın öz proqramı vasitəsi ilə) 11% azalaraq 298,12 min manat, vaxtı keçmiş kreditlərin həcmi isə 2,3 dəfə artaraq 1,457 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (99,8%), «YapıKredi Finansal Kiralama (0,1%) və «YapıKredi Yatırım Menkul Degerler A.Ş» (0,1%) olan «YapıKredi Bank Azərbaycan» 2000-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 6 filialı, 17 bankomatı və 80 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR