Azərbaycanda RSI indeksi kəskin azalıb

Azərbaycanda RSI indeksi kəskin azalıb
# 13 may 2011 14:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2011-ci ilin aprel ayı üzrə 82,3% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks mart ayında 115,9%, fevralda 94,5%, yanvarda isə 73,5%-ə bərabər olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Cari ilin aprel ayında ümumi pərakəndə dövriyyəsi 1 139,6 mln. manat, martda 1 384,4 mln. manat, fevralda 1 156,9 mln. manat, yanvarda isə 1 224,1 mln. manat təşkil edib.

İndeksin 100%-dən aşağı olması hesabat ayı ərzində pərakəndə ticarət dövriyyəsinin əvvəlki ayla müqayisədə azalmasını əks etdirir və makroiqtisadi baxımdan mənfi amildir. İndeksin azalması isə ümumilikdə bu dəfə aylıq artım tempinin əvvəlki göstəricidən aşağı olduğunu göstərir. Yəni, apreldə əvvəlki ayla müqayisədə artım deyil, azalma müşahidə olunub ki, nəticədə indeks 100%-dən aşağı olub, yəni «mənfi zonaya» keçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR