Azərbaycanda Tikinti xərcləri indikatoru kəskin azalıb

Azərbaycanda Tikinti xərcləri indikatoru kəskin azalıb
# 18 may 2011 07:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda Tikinti xərcləri indikatoru (Construction spending indicator - CSI) 2011-ci ilin aprel ayı üzrə 39% təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, cari ilin martında bu indikator 129,6%, fevralında 193,5%, yanvarda 37,5% ötən ilin dekabr ayında 102,4%, noyabrda 73,8%, oktyabrda 146,3%, sentyabrda 223,8%, avqustda 106,6%, iyulda 55,7%, iyunda 111%, mayda 159%, apreldə 169%, martda 83,7%, fevralda 160,6%, yanvarda isə 34,3%-ə bərabər olub.

CSI indikatoru ölkədə hesabat ayı ərzində mənzil tikintisinə yönəldilən investisiyaların əvvəlki ayın göstəricisinə nisbətidir. Beləliklə, aprel ayında mənzil tikintisinə yönəldilən investisiyalar aylıq müqayisədə 2,6 dəfə azalıb:




Göründüyü kimi, fevral-mart ayları ərzində tikinti xərclərinin həcminin artmasından sonra apreldə kəskin azalma baş verib. Bu, iqtisadiyyat üçün mənfi haldır. Belə ki, tikinti xərcləri indeksi makroiqtisadiyyatda əsas nisbi göstəricilərdən biri hesab olunur və onun 100%-dən aşağı olması tikintinin durğunluğundan xəbər verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR