Azərbaycanda xidmətlər indeksi kəskin azalıb

Azərbaycanda xidmətlər indeksi kəskin azalıb
# 19 may 2011 11:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2011-ci ilin aprel ayı üzrə 81% təşkil edib. “APA-Economics”in Dövlət Statistika Komitəsinin məlumatı əsasında apardığı hesablamalara görə, bu göstərici martla müqayisədə 36,7 faiz bəndi azalıb.

Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcmi əvvəlki ayın eyni göstəriciyə bölünməklə hesablanır. İndeksin azalması hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin aylıq artım tempinin azalmasından xəbər verir. İndeksin 100%-dən aşağı olması isə hesabat ayı ərzində xidmətlərin həcminin əvvəlki ayla müqayisədə azalmasını göstərir.

Belə ki, mart ayında əhaliyə 410,6 mln. manat həcmində pullu xidmətlər göstərilibsə, aprel ayında bu məbləğ 332,5 mln. manata enib. Fevral ayında isə bu göstərici 349 mln. manata bərabər olub.

Xidmətlər indeksinin 100%-dən aşağı olması və əvvəlki aya nisbətən azalması makroiqtsadi baxımdan mənfi amillərdir və bu sahədə geriləmədən xəbər verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR