«Kapital Bank» son bir ildə mənfəətini 23% artırıb

«Kapital Bank» son bir ildə mənfəətini 23% artırıb
# 20 may 2011 14:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin 2011-ci ilin yanvar-mart aylarında əldə etdiyi mənfəətin həcmi 3,901 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 23% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 26,3% artaraq 20,214 mln. manat, o cümlədən faiz gəlirləri 35,6% artaraq 11,390 mln. manat, qeyri-faiz gəlirləri isə 31,7% artaraq 8,824 mln. manata çatıb.

Bu müddət ərzində bankın ümumi xərcləri 27% artaraq 16,313 mln. manat, o cümlədən faiz xərcləri 57,4% artaraq 6,286 mln. manat, qeyri-faiz xərcləri isə 30% artaraq 11,500 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 16% artaraq 5,104 mln. manat, qeyri-faiz zərəri isə 25% artaraq 2,676 mln. manat olub.

Xatırladaq ki, «Kapital Bank» ASC 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı, 393 bankomatı, 399 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR