«Gəncəbank» son bir ildə mənfəətini kəskin artırıb

«Gəncəbank» son bir ildə mənfəətini kəskin artırıb
# 24 may 2011 07:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Gəncəbank» ASC-nin 2011-ci ilin yanvar-mart aylarında əldə etdiyi mənfəətin həcmi 408 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 91% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 8% azalaraq 832 min manat, o cümlədən faiz gəlirləri 3,7% azalaraq 805 min manat, qeyri-faiz gəlirləri isə 61% azalaraq 27 min manat təşkil edib.

Bu müddət ərzində bankın ümumi xərcləri 39% azalaraq 424 min manat, o cümlədən faiz xərcləri 3,6% azalaraq 295 min manat, qeyri-faiz xərcləri 66% azalaraq 127 min manat, PR və marketinq xərcləri isə 7,9 dəfə azalaraq 1,2 min manat olub.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 3,8% azalaraq 510 min manata, qeyri-faiz zərəri isə 67% azalaraq 100 min manata çatıb.

Xatırladaq ki, «Gəncəbank» ASC 1994-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 3 filialı, 6 bankomatı və 14 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR