“Atəşgah” sığorta şirkəti 10 avtomobilə dəymiş ziyanla bağlı sığorta ödənişi edəcək

“Atəşgah” sığorta şirkəti 10 avtomobilə dəymiş ziyanla bağlı sığorta ödənişi edəcək
# 24 may 2011 12:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Atəşgah» sığorta şirkəti Şamaxı və Ağsuda rayonlarında baş verən dolunun fəsadları ilə bağlı ödənişlər edəcək.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sığorta hadisələri ilə bağlı Şamaxı və Ağsuda avtonəqliyyat vasitələri sahiblərindən 10 sığorta müraciəti daxil olub. İlkin məlumata görə, «KASKO sığortası» üzrə «Atəşgah» sığorta şirkətində sığortalanmış on avtomobilə bu ilin may ayının 15-də Şamaxı və Ağsu ərazisinə dolu formasında düşən yağıntı nəticəsində zərər dəyib.

Hazırda şirkət “Chevrolet”, “VAZ”, “Hyundai” və “Kia” markalı avtomobillərə dəyən zərərin dərəcəsini müəyyənləşdirmək məqsədilə müvafiq məlumatların toplanması ilə məşğuldur. Sığorta qaydalarına uyğun prosedurlar bitdikdən sonra şirkət tərəfindən müvafiq sığorta ödənişləri həyata keçiriləcək.

2011-ci ilin əvvəlindən indiyədək «Atəşgah» sığorta şirkətinin «KASKO sığortası» üzrə ödənişlərinin ümumi həcmi 1 mln. manatı keçib.

Qeyd edək ki, «Atəşgah» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «İSR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 3,7 mln. manat təşkil edir. Şirkətin 8 ofisi fəaliyyət göstərir. Şirkət 17 könüllü və 4 icbari sığorta xidməti göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR