Azərbaycan Dövlət Neft Şirkəti gələn ay avrobond buraxacaq

Azərbaycan Dövlət Neft Şirkəti gələn ay avrobond buraxacaq
# 24 may 2011 14:42 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, iyun ayında şirkət Avropada 500 mln. manatlıq avrobond buraxacaq. Artıq Avropanın və dünyanın bir sıra aparıcı bankları bu avrobondlarla maraqlandıqlarını bildiriblər.

“Açığını deyim ki, ARDNŞ avrobondları maliyyə vəsaitlərinə ehtiyacı olduğuna görə buraxmır, şirkətin özünün kifayət qədər maliyyə vəsaiti var. Avrobondların buraxılması beynəlxalq reytinq almaq, şirkətin reputasiyasını yüksəltmək üçün lazımdır” - deyə R.Abdullayev qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR