Dünya Bankının regional direktoru Azərbaycan prezidenti ilə görüşəcək

Dünya Bankının regional direktoru Azərbaycan prezidenti ilə görüşəcək
# 25 may 2011 08:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz regionu üzrə direktoru Əsəd Aləmin bu gün ölkə başçısı İlham Əliyevlə görüşü keçiriləcək. Bu barədə «APA-Economics»ə Dünya Bankının Bakı ofisindən məlumat verilib.

Mayın 24-də Bakıya gələn Ə.Aləmin başçılıq etdiyi Dünya Bankının nümayəndə heyətinin Azərbaycana səfəri 27-dək davam edəcək və bu zaman ərzində hökumətin iqtisadi blokuna daxil olan nazirlik və qurumlarla görüşlərin keçirilməsi nəzərdə tutulub. Dünən artıq bir neçə görüş keçirilib.

Səfərin məqsədi Dünya Bankının Azərbaycanla birgə reallaşdırdığı layihələrin gedişi ilə tanışlıq, yeni layihələrin və ümumi iqtisadi vəziyyətin müzakirəsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR