«AzSığorta» şirkəti nizamnamə kapitalını artırıb

«AzSığorta» şirkəti nizamnamə kapitalını artırıb
# 27 may 2011 09:41 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycanın «AzSığorta» ASC adi sənədsiz adlı səhmlərinin yeni emissiyasını uğurla başa çatdırıb.

«AzSığorta»nın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 94 457,01 manat, sayı 100 ədəd, emissiyanın ümumi həcmi isə 9 445 701 manat təşkil edib. Emissiya «AzSığorta»nın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 46 436,83 manat olan 100 ədəd və 4 643 683 manatlıq) səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçirilib. Nəticədə, sığorta şirkətinin nizamnamə kapitalı 2 dəfə artırılaraq 9 445 701 manata çatdırılıb.

Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayında fəaliyyətə başlayıb. Ölkə üzrə 7 filialı və 40-dan çox nümayəndəliyi olan şirkət müştərilərə 32 könüllü və 5 icbari sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR