Azərbaycan parlamenti Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinə dəyişiklikləri təsdiq edib

Azərbaycan parlamenti Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsinə dəyişiklikləri təsdiq edib
# 27 may 2011 11:40 (UTC +04:00)
APA-ECONOMICS”in məlumatına görə, layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

H.Rəcəbli bildirib ki, layihəyə əsasən, DSMF-nin 2011-ci il büdcəsinə 195 mln. manat həcmində vəsait əlavə olunacaq.

DSMF sədri Səlim Müslümov qeyd edib ki, əlavə olunacaq vəsait pensiyaların sığorta hissəsinin artırılmasına yönəldiləcək. onun sözlərinə görə, bu yaxınlarda «Əmək pensiyaları haqqında» qanuna dəyişiklik olunub. Bu dəyişikliklə 2006-cı il 1 yanvar tarixinədək və 2010-cu il 1 yanvaradək pensiyaya çıxanların pensiyalarının yeni qaydalarla hesablanmasına başlanacaq. Bu dəyişikliyin həyata keçirilməsi üçün DSMF-yə 1 iyul tarixindən etibarən əlavə olaraq 195 mln. manat vəsait lazımdır.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR