Bakı Fond Birjasının dövriyyəsi yanvar-iyun aylarında 4,4 dəfə artıb

Bakı Fond Birjasının dövriyyəsi yanvar-iyun aylarında 4,4 dəfə artıb
# 04 iyul 2011 08:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 3,725 mlrd. manat təşkil edib ki, bu da 2010-cu ilin analoji dövrü ilə müqayisədə 4,4 dəfə çoxdur.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə hesabat dövründə korporativ qiymətli kağızlar bazarı 73,5% artaraq 306,774 mln. manat təşkil edib. Yarım illiyi ərzində korporativ istiqrazlar bazarı 2,2 dəfə artaraq 248,770 mln. manat, o cümlədən korporativ istiqrazların ilkin bazarı 55,6% artaraq 72,081 mln. manat, təkrar bazarı isə 2,7 dəfə artaraq 176,689 mln. manat təşkil edib.

Səhm bazarına gəldikdə isə, hesabat dövründə bu bazarın həcmi ötən ilin analoji dövrünə nisbətən 11,1% azalaraq 58,005 mln. manata çatıb. Səhmlərin ilkin bazarı 13,4% azalıb, təkrar bazarı isə 32,5% artıb.

Korporativ qiymətli kağızlar üzrə
BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli

Bazarın seqmentləri

Yanvar-iyun (2011)

Yanvar-iyun (2010)

Nisbət (%)

Əqdlərin həcmi, AZN

Əqdlərin sayı

Əqdlərin həcmi, AZN

Əqdlərin sayı

Korporativ istiqrazlar (yerləşdirmə)

72080584

48

46 340 064,50

62

55,6

Korporativ istiqrazlar (təkrar bazar)

176 689 238,85

49

65 303 441,73

48

2,7 dəfə

KI bazarı cəmi

248 769 822,85

97

111 643 506,23

110

2,2 dəfə

Səhmlər (yerləşdirmə)

53 549 232,00

81

61 861 886,96

898

-13,4

Səhmlər (təkrar bazar)

4 455 273,50

1 624

3 362 363,40

1 010

32,5

Səhm bazarı cəmi

58 004 505,50

1 705

65 224 250,36

1 908

-11,1

KQK bazarı cəmi

306 774 328,35

1 802

176 867 756,59

2 018

73,5



Bundan başqa, cari ilin yanvar-iyun ayında dövlət qiymətli kağızlar bazarı 2010-cu ilin eyni dövrünə nisbətən 5,1 dəfə artaraq 3,418 mlrd. manata çatıb. O cümlədən dövlət istiqrazları bazarı 4% artaraq 194,094 mln. manat, not bazarı 4,4 dəfə artaraq 492,010 mln. manat, repo-əməliyyatların həcmi 7,5 dəfə artaraq 3,732 mlrd. manata çatıb.

Dövlət qiymətli kağızları üzrə
BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli

Bazarın seqmentləri

Yanvar-iyun (2011)

Yanvar-iyun (2010)

Nisbət (%)

Əqdlərin həcmi, AZN

Əqdlərin sayı

Əqdlərin həcmi, AZN

Əqdlərin sayı

Dİ (AMN)  (yerləşdirmə)

173 869 168,77

103

111 314 128,48

43

56,2

Dİ (AMN)   (təkrar bazar)

20 224 687,58

20

75 322 359,26

33

-3,7 dəfə

Dİ bazarı cəmi

194 093 856,35

123

186 636 487,74

76

4

Notlar (AMB) (yerləşdirmə)

482 453 357,93

172

108 515 800,96

97

4,5 dəfə

Notlar (AMB) (təkrar bazar)

9 555 687,77

5

3472654,77

1

2,8 dəfə

Not bazarı cəmi

492 009 045,70

177

111 988 455,73

98

4,4 dəfə

Repo əməliyyatları

2 731 753 699,47

605

366 492 915,86

379

7,5 dəfə

DQK bazarı cəmi

3 417 856 601,52

905

665 117 859,33

553

5,1 dəfə



Dİ – dövlət istiqrazları;
AMN – Azərbaycan Maliyyə Nazirliyi;
AMB – Azərbaycan Mərkəzi Bankı;
DQK – Dövlət qiymətli kağızları;
KQK – Korporativ qiymətli kağızlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR