Azərbaycan İpoteka Fondunun istiqrazlarının daha bir tranşı yerləşdirilib

Azərbaycan İpoteka Fondunun istiqrazlarının daha bir tranşı yerləşdirilib
# 05 iyul 2011 15:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Birjadan «APA-Economics»ə verilən məlumata görə, hərracda 2 investor iştirak edib.

Təqdim olunmuş sifarişlərin ümumi məbləği nominal üzrə 4,929 mln. manat təşkil edib. Sifarişlər 101,4083% qiymətlə təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib.

Beləliklə, bu buraxılışın dövriyyədə olan istiqrazların həcmi 44 mln. manata çatıb. Emissiyanın ümumi həcmi isə 60 mln. manatdır. İstiqrazların ödəmə tarixi 2017-ci ilin dekabrın 11-dir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR