«Bank of Baku» növbəti «Nümunəvi Müştəri»sini müəyyənləşdirib

«Bank of Baku» növbəti «Nümunəvi Müştəri»sini müəyyənləşdirib
# 06 iyul 2011 14:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC «Nümunəvi Müştəri» adlı həvəsləndirici kampaniyanın 11-ci uduş tirajını keçirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tiraj komissiyası və bankın nümayəndələrinin iştirakı ilə keçirilən uduş tirajında bankın aktiv istehlak krediti olan müsbət kredit tarixçəsinə malik 78 597 müştərinin xüsusi identifikasiya kodu iştirak edib.

Kompyuterin təsadüfi seçimi vasitəsi ilə 1 qalib kredit müştərisi – «Azərbaycan Dəmir Yolları» QSC-nin 1№-li müəssisəsinin Xaçmaz yol sahəsində çalışan Rafiq Babayev bankdan 1000 manat məbləğində pul mükafatı qazanıb.

Xatırladaq ki, «Nümunəvi Müştəri» kampaniyası 2010-cu ilin avqust ayında başlayıb və bu ilin avqustun 5-dək davam edəcək. Kampaniyanın uduşları hər ayın ilk həftəsinin son iş gününə təsadüf edəcək.

Qeyd edək ki, «Nümunəvi Müştəri» kampaniyası müştərilərin kredit üzrə borclarını vaxtında ödəmək motivasiyasını artırmağa yönəlmiş həvəsləndirici aksiyadır.

Kampaniya başlanandan bankın artıq 11 müştərisinin hər biri 1000 manat, 55 müştərisinin hərəsi isə 200 manat məbləğində pul mükafatı qazanıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR