Azərbaycanda yanacaqdoldurma məntəqələrindəki kassa aparatları dəyişdirilir

Azərbaycanda yanacaqdoldurma məntəqələrindəki kassa aparatları dəyişdirilir
# 11 iyul 2011 15:28 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, “Azərbaycan Respublikasının yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında” qərara əsasən məntəqələrdə xüsusi konstruksiyalı və göstəricilərə malik kassa aparatları quraşdırılacaq.

Bu kassa aparatlarının əsas xüsusiyyəti odur ki, çek vurulmadan bunların vasitəsilə neft məhsulları və ya maye qazın satışı mümkün olmayacaq. Başqa sözlə, əgər indiyədək YDM-lərdə neft məhsulları və ya maye qazın satışı ödəmənin aparılması ilə birbaşa əlaqədar deyildisə (yəni pulu kassaya vurmadan da yanacağın satışı texniki cəhətdən mümkün idi), indi vəziyyət dəyişir. Yeni aparatların tətbiqi nəticəsində avtomobilə neft məhsulunun vurulması yalnız onun pulu ödənildikdən sonra mümkün olacaq. Bunsuz isə aparat yanacağın buraxılmasını blokirovka edəcək.

Qərarda Vergilər Nazirliyinə belə kassa aparatlarını nəzarət kassa aparatlarının dövlət reyestrinə daxil etmək tapşırılıb. Başqa sözlə, əvvəlcə belə kassaların ölkə ərazisində tətbiqinə icazə veriləcək, sonra isə onun tətbiqinə başlanacaq.

Nazirlər Kabinetinin qərarında yeni kassa aparatlarının qurulması üçün yanacaqdoldurma məntəqələrinə vaxt da verilib. Qərara əsasən məntəqələrdə belə aparatlar 2012-ci ilin yanvarın 1-dək, yəni bu ilin sonunadək qurulmalıdır.

Vergilər Nazirliyindən «APA-ECONOMICS»ə verilən məlumata görə, bu qərar ödəmələrin şəffaflaşmasına və vergidən yayınma hallarının qarşısının alınmasına kömək edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR