MDB İqtisadiyyat Şurası nəzdində iqtisadi məsələlər üzrə komissiyanın iclası keçirilib

MDB İqtisadiyyat Şurası nəzdində iqtisadi məsələlər üzrə komissiyanın iclası keçirilib
# 14 iyul 2011 09:55 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA-Economics. Moskvada MDB İqtisadiyyat Şurası nəzdində iqtisadi məsələlər üzrə komissiyanın iclası keçirilib.

APA-Economics”in xəbərinə görə, iclas Tacikistan nümayəndə heyətinin sədrliyi ilə baş tutub.

Toplantıda 2020-ci ilə kimi MDB-nin iqtisadi inkişaf strategiyası icrasının birinci mərhələsi və enerji əməkdaşlığı sahəsində konsepsiya müzakirə edilib. Görüş iştirakçıları həmçinin MDB-nin sərhədyanı əməkdaşlıq, informasiya təhlükəsizliyinin təmini və bir sıra digər mövzuları da müzakirə ediblər. Sonda komissiya üzvləri sentyabrda baş tutacaq MDB İqtisadiyyat Şurasının iclasının gündəliyini təsdiq ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR