Azərbaycanda illik inflyasiya 8,8%-ə düşüb

Azərbaycanda illik inflyasiya 8,8%-ə düşüb
# 15 iyul 2011 09:53 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin müvafiq dövrünə nisbətən cari ilin yanvar-iyun aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 8,8%, o cümlədən ərzaq məhsulları 12,3%, qeyri-ərzaq malları 2,9%, xidmət tarifləri isə 4,3% bahalaşıb.

Xatırladaq ki, cari ilin yanvar-may ayları ərzində ölkədə illik inflyasiyanın səviyyəsi 8,9% təşkil edib.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu 2011-ci il üçün Azərbaycanda inflyasiyanın 10,3%, Asiya İnkişaf Bankı isə 4% olacağını proqnozlaşdırır. Azərbaycan hökumətinin proqnozlarına əsasən bu il inflyasiyanın 5% olacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR