“TBC Kredit” ilin sonunadək kredit portfelini 30% genişləndirəcək

“TBC Kredit” ilin sonunadək kredit portfelini 30% genişləndirəcək
# 20 iyul 2011 08:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «TBC Kredit» bank olmayan kredit təşkilatı cari ilin sonuna kimi kredit portfelini 30,4% artıraraq 30 mln. dollara qədər artırmağı planlaşdırır.

Təşkilatın baş ofisindən “APA-Economics”ə verilən məlumata görə, kredit portfeli əsasən biznes layihələrinin maliyyələşdirilməsi və ipoteka kreditləşməsinin həcminin artırılması hesabına genişlənəcək.

Xatırladaq ki, “TBC Kredit” bank olmayan kredit təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın aparıcı bankı olan TBC Bank-a (Gürcüstan), 25%-i isə “ShoreBank International Ltd” (ABŞ) şirkətinə məxsusdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR