«Texnikabank»ın mənfəəti son bir ildə kəskin artıb

«Texnikabank»ın mənfəəti son bir ildə kəskin artıb
# 21 iyul 2011 10:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin iyul ayının 1-nə 558,278 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 23,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 18,7% artaraq 414,199 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 15% azalaraq 31,868 mln. manat olub.

Bu müddət ərzində bankın depozit portfelinin həcmi 45,3% artaraq 271,916 mln. manata, məcmu kapitalı 71% artaraq 99,315 mln. manat, o cümlədən nizamnamə kapitalı 21% artaraq 64,755 mln. manata çatıb.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 19% azalaraq 27,186 mln. manat, xərcləri isə 25% azalaraq 23,899 mln. manat təşkil edib. Nəticədə bankın mənfəəti təxminən 2 dəfə artaraq 3,278 mln. manat olub.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildə təsis olunub. Bankın ölkə üzrə 35 filialı və 5 şöbəsi, 80 bankomatı, 885 POS-terminalı və 656 işçisi mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR