Microsoft-un gəliri 23% artıb

Microsoft-un gəliri 23% artıb
# 22 iyul 2011 00:48 (UTC +04:00)
Bakı-APA. Dünyanın ən iri proqram təminatı istehsalçısı olan Microsoft-un gəliri 2010-2011-ci maliyyə ilinin yekunlarına görə 23,15 milyard dollar təşkil edib. Bu ötən ilki göstəricidən 23% çoxdur.

Microsoft-un məlumatına görə, iyunun 30-da başa çatmış maliyyə ilində şirkətin adi səhminin gəliri 2,69 dollar təşkil edib, bu isə ötən ilki göstəricidən 28% çoxdur.

Şirkətin illik mənfəəti 12% artaraq 69,94 milyard dollar təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR