Azərbaycan əhalisi tərəfindən nağd avronun satışı kəskin artıb

Azərbaycan əhalisi tərəfindən nağd avronun satışı kəskin artıb
# 25 iyul 2011 08:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda əhali tərəfindən 2011-ci il yanvar-may ayları ərzində banklar vasitəsilə satılmış nağd avronun həcmi 74,747 mln. avro, alış həcmi isə 417,207 mln. avro təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2010-cu ilin yanvar-mayı ilə müqayisədə satış həcmi 2,5 dəfə, alış həcmi isə 0,6% artıb.

Qeyd edək ki, Azərbaycanda nağd avronun satışının bu dərəcədə artması ilk növbədə onun məzənnəsi, daha dəqiqi, məzənnənin dəyişkənliyi ilə bağlıdır. Belə ki, avrozona ilə əlaqəli olaraq bu il xarici ticarət və səfərlərdə nağd avronun satışının bu dərəcədə artmasına səbəb olacaq hər hansı dəyişiklik baş verməyib. Məzənnəyə gəldikdə, ilin əvvəlindən mayın sonuna kimi avronun məzənnəsini kəskin enib-qalxıb ki, bu da əhali arasında müəyyən dərəcədə narahatlıq yaranıb. Nəticədə əhali arasında bu valyutanın satış yönlü mövqeyi yaranıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR