“Migom”: Azərbaycanın işğal altındakı ərazilərində səhvən işləmişik

“Migom”: Azərbaycanın işğal altındakı ərazilərində səhvən işləmişik
# 29 iyul 2011 11:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-ECONOMICS. Bu ilin aprelindən Azərbaycanda fəaliyyətini bərpa edən “Migom” pul köçürmələri sistemi Azərbaycanın işğal altında olan ərazilərinə pul köçürmələrinin bir daha baş verməməsi üçün ciddi tədbirlər görür. “APA-ECONOMICS”in məlumatına görə, bu barədə “Migom”un pul köçürmələri departamentinin direktoru Azad Taktarov bildirib.

Qeyd edək ki, ötən il Azərbaycanın işğal altında olan ərazilərində pul köçürmələri həyata keçirdiyi üçün “Migom” sisteminin ölkə ərazisində fəaliyyəti Mərkəzi Bank tərəfindən dayandırılıb. Sonradan bu problemləri həll etdiyinə və həmin ərazilərdə fəaliyyətini tam dayandırdığına görə ölkə ərazisində “Migom” sisteminin fəaliyyətinə icazə verilib.

Sistemin vaxtilə işğal olunmuş ərazilərdə fəaliyyət göstərməsinin səbəbləri ilə bağlı suala cavab verən A.Taktarovun sözlərinə görə, şirkət indi bu məsələni ciddi nəzarətdə saxlamağı qərara alıb: «Çünki bu, nə Azərbaycan banklarının, nə də bizim sistemin maraqlarına cavab vermir. Biz bununla bağlı öhdəlik götürmüşük ki, Azərbaycan banklarının da biznesi ziyan çəkməsin».

A.Taktarov iddia edir ki, «Migom»un Azərbaycanın işğal olunmuş ərazilərində pul köçürmələri ilə məşğul olması şirkətin həmin ərazilərdəki yaşayış məntəqələrinin adlarını səhv salması və ya dəqiq bilməməsinin nəticəsi olub: «Biz Dağlıq Qarabağ ərazisini yaxşı tanıyırıq, amma orda digər yaşayış məntəqələri də varmış. Əgər bu məsələdə Azərbaycan tərəfi bizə kömək etsə, yaxşı olar. Çünki həmin ərazilərdəki coğrafi və yaşayış məntəqələrinin adlarını dəqiq təsəvvür etmək çətindir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR