«DəmirBank» müştəri xidməti sahəsində araşdırma aparıb

«DəmirBank» müştəri xidməti sahəsində araşdırma aparıb
# 29 iyul 2011 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «DəmirBank» müştəri xidməti keyfiyyətinin inkişafı məqsədilə «Gizli müştəri» («Mystery Shopping») araşdırma layihəsini həyata keçirib. Layihə Bankın Bakı və regionlarda fəaliyyət göstərən bütün filiallarını əhatə edib.

«DəmirBank»dan «APA-Economics»ə verilən məlumata görə, araşdırma bankın sifarişi ilə «Business Insight» şirkəti tərəfindən həyata keçirilib. Layihə çərçivəsində Bankda müştəri xidməti müxtəlif meyarlar üzrə qiymətləndirilib. Araşdırma 4 xidməti əhatə edib ki, bura əmanətlər, plastik kartlar, pul köçürmələri və kreditlər xidmətləri daxil olub. Layihənin yekunları əsasında müştəri xidmətinin inkişafı məqsədilə bankda müxtəlif tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Qeyd edək ki, mütəmadi olaraq müştəri xidməti sahəsində tədbirlər həyata keçirən «DəmirBank»da ötən il «Müştəri xidməti və davranış Standartları» hazırlanıb və onun əsasında treninqlər keçirilib. Bank son aylar 4 filialını müştəri rahatlığı üçün yeni ofislərə köçürüb və daha 2 filial köçürüləcək.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Hazırda bankın 30 filialı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR