AZAL, «Bank SilkWay» və «Visa» birgə güzəşt kampaniyası keçirir

AZAL, «Bank SilkWay» və «Visa» birgə güzəşt kampaniyası keçirir
# 02 avqust 2011 14:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL), «Bank SilkWay» ASC və «Visa International» təşkilatı yeni «AZAL-SWBank-Visa» adlı birgə ödəniş kartı buraxıb.

«Bank SilkWay»dan «APA-Economics»ə verilən məlumata görə, birgə ödəniş kartı özündə bank kartının üstünlükləri və «AZAL Miles» proqramının iştirakçısı üçün nəzərdə tutulan imtiyazları birləşdirir. Bununla da AZAL-ın reyslərinə pulsuz bilet əldə etmək üçün milləri toplamaq əhəmiyyətli dərəcədə sadələşib. Belə ki, gündəlik alış-veriş və xidmətlərin haqqını eksklüziv kart vasitəsilə ödəməklə pulsuz aviabilet qazanmaq olar. Birgə kartdan hər istifadə zamanı onun sahibinin hesabına əlavə millər hesablanacaq. Millər dünyanın istənilən valyutasında hesablaşarkən toplanır.

Bununla yanaşı, hər bir müştəri «Visa Classic» birgə kartını rəsmiləşdirərkən avtomatik olaraq 2 hədiyyə mil əldə edir, «Visa Gold» birgə kartını rəsmiləşdirərkən isə həmin kartla ilk ödəniş zamanı 4 hədiyyə mil qazanır.

Ödəniş kartından Azərbaycanda olduğu kimi, xaricdə də istifadə etmək mümkündür. AZAL aviaşirkətinin reyslərinə bilet alarkən kartdan istifadə edənlərin hesabına həm uçuşa, həm də bilet alışı zamanı kartdan istifadə etdiklərinə görə millər əlavə olunacaq. Kart vasitəsilə dükanlarda istənilən, hətta ən kiçik alış-verişləriniz üçün heç bir əlavə komissiya olmadan ödənişlər etmək mümkündür. Belə ki, hər bir alış-verişə görə kart sahibinin hesabına avtomatik olaraq millər əlavə ediləcək.

Millər birgə ödəniş kartlarının sahiblərinə AZAL-ın reyslərinə pulsuz biletlər əldə etmək, standart baqaj normasından 10 kq-dan artıq baqajın aparılması, xidmət sinfinin «ekonom» sinfindən «biznes» xidmət sinfinə yüksəldilməsi imkanları verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR