«Bank Standard» yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr üzrə ödənişlərin qəbuluna başlayıb

«Bank Standard» yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr üzrə ödənişlərin qəbuluna başlayıb
# 16 avqust 2011 07:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Bank Standard» yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr üzrə ödənişləri qəbul etməyə başlayıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq olunan və «Bank Standard»ın da daxil olduğu Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənişləri həm nağd şəkildə bütün «Bank Standard» filiallarında, həm də bankın internet saytında kart vasitəsilə «online» rejimində aparıla bilər.

Qeyd edək ki, cəriməni «Bank Standard»ın filiallarında ödəmək üçün sürücülük vəsiqəsinin seriyası və nömrəsi, həmçinin qayda pozuntusuna görə tərtib olunmuş protokolun nömrəsi təqdim edilməlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR