«AtaBank» yeni hədiyyə kampaniyası keçirir

«AtaBank» yeni  hədiyyə kampaniyası keçirir
# 19 avqust 2011 07:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaBank» ASC yeni xidmətin tətbiqinə, həmçinin hədiyyəli aksiyaya start verib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu günlərdə «AtaBank» sürətli pul köçürmələri həyata keçirən müştərilər üçün bonus kampaniyasına, habelə yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələrin ödənilməsinin qəbuluna başlayıb.
Belə ki, «AtaBank»da istənilən pulköçürmə sistemi ilə 500-1000 manat məbləğində köçürmə aparan hər bir müştəriyə 1 manatlıq, 1000-2000 manat üçün - 2 manatlıq, 2000-5000 manat üçün - 3 manatlıq, 5000 manatdan artıq köçürmə edənə isə 5 manatlıq mobil rabitə ödəmə kartı hədiyyə olunur.
Hədiyyə kampaniyası «AtaBank»ın baş ofisində və bütün filiallarında «Western Union», «PrivatMoney», «Migom», «Bıstraya Poçta», «Contact», «Coinstar», «Zolotaya Korona», «Blizko» və «Travelex» sistemləri ilə pul göndərənə və alanlara şamil edilir.
Xatırladaq ki, «AtaBank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR