Pakistan Milli Bankı Bakı filialının qeyri-faiz zərəri I yarımillikdə 251 min manat olub

Pakistan Milli Bankı Bakı filialının qeyri-faiz zərəri I yarımillikdə 251 min manat olub
# 24 avqust 2011 11:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Pakistan Milli Bankının Bakı filialının ümumi gəlirləri 2011-ci ilin yanvar-iyun ayları ərzində 422,86 min manat, xərcləri isə 272,76 min manat olub.

Bankın Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın faiz gəlirləri 406,51 min manat, qeyri-faiz gəlirləri 16,35 min manat, faiz xərcləri 5,80 min manat, qeyri-faiz xərcləri isə 266,96 min manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın faiz mənfəəti 400,71 min manat, qeyri-faiz zərəri isə 250,61 min manat olub. Nəticədə, bank bu ilin birinci yarısında 150,1 min manat həcmində balans mənfəəti əldə edib.

Xatırladaq ki, Pakistan Milli Bankı Bakı filialı 2005-ci ilin iyul ayından fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR