Azərbaycanda IPI indeksi 18 aylıq minimuma enib

Azərbaycanda IPI indeksi 18 aylıq minimuma enib
# 25 avqust 2011 13:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2011-ci ilin iyul ayında 75,4% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks cari ilin iyun ayı ilə müqayisədə 45,6 faiz bəndi azalıb:




IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə faizlə ifadə olunan nisbətidir. Belə ki, indeks iyul ayında istehsal edilmiş məhsulun dəyəri (2 405,4 mln. manat) iyunda istehsal olunmuş məhsulun dəyərinə (3 190,7 mln. manat) bölünməsi yolu ilə hesablanıb.

İndeksin azalması iyulda sənaye istehsalının əvvəlki ayla müqayisədə kəskin azalmasını əks etdirir. Belə ki, iyunda istehsalatın həcmi mayla müqayisədə 21% artıq olubsa, iyulda istehsalın həcmi iyuna nisbətən 24,6% azalıb.

Cədvəldən göründüyü kimi, iki ay ərzində müşahidə olunan artım dinamikası azalma ilə əvəz olunub. Hətta iyulun indeksi son 1,5 il ərzində ən aşağı göstərici sayılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR