BVF: Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsinin ləngimədən aparılmasının tərəfdarıyıq

BVF: Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsinin ləngimədən aparılmasının tərəfdarıyıq
# 01 noyabr 2011 15:11 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi bildirib.

«Biz Beynəlxalq Bankın özəlləşdirilməsi prosesinin ləngimədən və şəffaf aparılmasının tərəfdarıyıq. Bunun nə vaxt tamamlanacağını dəqiq deyə bilmərəm. Lakin hazırda bu istiqamətdə seçilmiş məsləhətçilər işləyir. Gələn ilin ortalarınadək bankın özəlləşdirilməsi ilə bağlı xüsusi strategiya hazırlanacaq və bu sənəd özəlləşdirmə prosesinə yardım edəcək», - deyə BVF rəsmisi vurğulayıb.

ABB-nin kapitallaşmasının Azərbaycan Mərkəzi Bankından (AMB) subordinasiya olunmuş kredit vəsaitləri hesabına artırılması məsələsinə gəlincə N.İlahi vurğulayıb ki, artıq bununla bağlı AMB ilə müzakirələr keçirilib, hazırda məsələ ilə bağlı təhlil aparılır və hazırlanacaq müxtəlif ssenarilər ölkə hökumətinin müzakirəsinə çıxarılacaq.

Qeyd edək ki, ABB-nin nizamnamə kapitalındakı dövlətə məxsus payın azaldılması (dövlətsizləşdirilməsi) və özəlləşdirilməsi şərtlərinə dair təkliflərin hazırlanması üçün məsləhətçinin seçilməsi üzrə keçirilmiş açıq tenderin nəticələrinə uyğun olaraq, «PricewaterhouseCoopers Audit Azerbaijan» MMC, «Rothschild & CIE» şirkəti və «Salans UK Ltd.» şirkətinin Azərbaycandakı filialından ibarət konsorsium tenderin qalibi elan olunub.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR