«Parabank» müştərilərə lombard krediti təklif edir

«Parabank» müştərilərə lombard krediti təklif edir
# 02 noyabr 2011 07:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC müştərilərə lombard kreditini təklif edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu kredit zinət əşyalarının təminatı əsasında təqdim olunur. Müştərilər təcili pula ehtiyac olduqda, bankda qiymətli əşyalarını girov qoyaraq lombard kreditindən istifadə edə bilər.

Lombard kreditini 6-36 ay müddətinə, aylıq 1,5% effektiv dərəcəsi ilə əldə etmək mümkündür. Faizlər kreditin bütün məbləğindən deyil, yalnız qalan borc üzrə hesablanır.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın hazırda ölkə üzrə 16 filialı və 1 şöbəsi mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR