Yunanıstan hökuməti ölkədə referendum keçirilməsinə razılaşıb

Yunanıstan hökuməti ölkədə referendum keçirilməsinə razılaşıb
# 02 noyabr 2011 09:03 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstan hökuməti baş nazir Georgios Papandreunun kəskin qənaət tədbirləri paketi ilə əlaqədar ölkədə referendum keçirilməsi təklifini dəstəkləyib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, hökumətin fövqəladə iclasında çıxış edən baş nazir referendum məsələsi gündəmə gələndən sonra maliyyə bazarlarında yaranmış qeyri-sabitliyin müvəqqəti olduğunu bildirib.

“Referendum Yunanıstanın tərəfdaşlarına göstərəcək ki, ölkə avrozona tərəfindən müəyyənləşdirilən kursa ciddi riayət edir” - deyə G.Papandreu qeyd edib.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 350 mlrd. avro təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir. Aİ-nin ötən həftə keçirilən sammitində liderlər Yunanıstanın istiqrazlar üzrə borclarının 50% silinməsini, bankların restrukturizasiyasını və Avropa Maliyyə Sabitliyi Fondunun 2,5 dəfə artırılmasını qərara alıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR