Azərbaycanda pensiya üzrə vəsaitlərin hərəkəti «on-line» rejimdə izləniləcək

Azərbaycanda pensiya üzrə vəsaitlərin hərəkəti «on-line» rejimdə izləniləcək
# 02 noyabr 2011 12:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda Dövlət Sosial Müdafiə Fondunun xərclərinin hərəkətinin Azərbaycan Hesablama Palatası tərəfindən «on-line» rejimdə nəzarət olunması sisteminin qurulması istiqamətində iş aparılır. «APA-Economics»in məlumatına görə, bunu Fondun sədri Səlim Müslümov bildirib.

S.Müslümovun sözlərinə görə, bu işlər yaxın zamanlarda başa çatdırılacaq və Fondun məlumat bazası «on-line» rejimdə Hesablama Palatasının bazasına qoşulacaq. Bu, Fondun vəsaitlərinin xərclənməsində və ümumi fəaliyyətində şəffaflığı artıracaq və məlumatların mübadiləsi prosesini tezləşdirəcək və asanlaşdıracaq.

S.Müslümov bildirib ki, Hesablama Palatası bu günədək Fondun 10 yerli bölməsində yoxlamalar aparıb və bunun nəticəsində 1 mln. manata yaxın vəsait bərpa olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR