Azərbaycan prezidenti Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib

Azərbaycan prezidenti Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib
# 03 noyabr 2011 11:52 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, Ə. Alam Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi və ötən dövr ərzində ölkənin əldə etdiyi iqtisadi uğurlar münasibətilə dövlət başçısını təbrik edib, təmsil etdiyi qurumun Azərbaycanla uğurlu əməkdaşlığından məmnunluğunu bildirib.

Dünya Bankının Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirən prezident İ. Əliyev gələcəkdə də ümumi maraq doğuran layihələrə dəstək veriləcəyini qeyd edib.

Görüşdə 2011-ci ildə Azərbaycanın qeyri-neft sektorunun sürətlə inkişaf etdiyi vurğulanıb, Azərbaycanda həyata keçirilən birgə layihələrin önəmi qeyd olunub, sosial infrastruktur layihələri ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR