«Zaminbank» nizamnamə kapitalını artırır

«Zaminbank» nizamnamə kapitalını artırır
# 03 noyabr 2011 14:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Zaminbank» ASC-nin adi adlı sənədsiz səhmlərini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 7 299 ədəd, emissiyanın ümumi həcmi isə 1 459 800 manat təşkil edir. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək və başa çatandan sonra bankın nizamnamə kapitalı 11% artaraq 14 653 800 manata çatacaq. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Texnika Kapital Menecment» şirkəti çıxış edəcək.

Xatırladaq ki, «Zaminbank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Bankın ölkə üzrə 35 filialı, həmçinin, 6 şöbəsi, Rusiyada «Moskva» nümayəndəliyi, 34 bankomatı, 1 891 POS-terminalı mövcuddur. Cari ilin iyul ayının 1-nə bankın nizamnamə kapitalı 13,194 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR