Azərbaycanda pul kütləsi 32% artıb

Azərbaycanda pul kütləsi 32% artıb
# 10 noyabr 2011 14:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2011-ci il sentyabrın 1-nə 12 336,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,4% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, yanvar-avqust ayları ərzində pul kütləsi 17,2% artıb. Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 35,8% artaraq 9 569,8 mln. manata çatıb:

(mln. AZN)

01.09.2010

01.01.2011

01.09.2011

M0 (nağd pullar)

4 850,8

5 455,8

6 493,7

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

5 803,9

6 718,9

7 885,5

M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

7 046,6

8 297,5

9 569,8

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

9 315,0

10 527,5

12 336,2



Cədvəldən göründüyü kimi, geniş mənada pul kütləsinin bütün komponentləri üzrə artım müşahidə olunub. Hətta bütün komponentlərin artım templəri, demək olar ki, eynidir. Ümumilikdə, manat pul kütləsinin 36% səviyyəsində illik artımı məqbul sayıla bilər, halbuki bir sıra amillər, o cümlədən kredit faizlərinin yüksək olması bunun iqtisadiyyatın daha da canlanması üçün kifayət olmadığını göstərir. Lakin pul kütləsinin birbaşa inflyasiyaya təsir etməsini nəzərə alaraq, Mərkəzi Bankın pul kütləsinin artım tempini nəzarətdə saxlaması siyasəti tam başa düşüləndir.

Pul bazarında nağdlaşma səviyyəsinə gəldikdə qeyd etmək olar ki, sentyabrın 1-nə nağd pulun manat pul kütləsində xüsusi çəkisi 67,9% təşkil edib, bu isə ötən ilin müvafiq dövrünün göstəricisindən 0,9 faiz bəndi azdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR